Tədris mərkəzimizdə texnikumlara hazırlıq 9 illik və 11 illik bazadan olmaqla iki sahədə aparılır. 9 illik bazadan 2 fənn (Azərbaycan dili və Riyaziyyat), 11 illik bazadan isə 3 fənn (Azərbaycan dili, Riyaziyyat və Xarici dil) tədris olunur. 9-cu sinifdə oxuyanlar və şəhadətnaməsi olan hər kəs 9 illik bazadan sənəd verib qəbul ola bilər. 11 illik bazadan isə 11-də oxuyanlar və ya attestatı olan məzunlar sənəd verə bilər.

9 illik bazadan:

  • Tədris Dövlət İmtahan Mərkəzi (DİM)  proqramına uyğun aparılır;
  • Dərslərimiz həftəlik 3 gün olmaqla keçirilir;
  • Dərslər fərdi və qrup şəklində keçirilir və hər qrupda maksimum 4 şagird olur;
  • Tədris Sentyabrın 25-i başlayır və qəbul imtahanına qədər davam edir;
  • Aylıq sınaq imtahanları keçirilir;

11 illik bazadan:

  • Tədris Dövlət İmtahan Mərkəzi (DİM) proqramına uyğun aparılır;
  • Dərslərimiz həftəlik 3 gün olmaqla 15:00-19:00 arası keçirilir;
  • Həftəlik 2 saat Azərbaycan dili, 3 saat Riyaziyyat və 2 saat xarici dil tədris olunur;
  • Dərslər fərdi və qrup şəklində keçirilir və hər qrupda maksimum 4 şagird olur;
  • Tədris Sentyabrın 25-i başlayır və qəbul imtahanına qədər davam edir;
  • Aylıq sınaq imtahanları keçirilir;