Skip to content
Peşəkar yanaşma, keyfiyyətli nəticə!
facebook
youtube
instagram
linkedin
Bakı Universal Tədris Mərkəzi
Telefon +994 55 424 09 10
Email office@butm.az
Ünvan Asif Məhərrəmov küç.175
  • Ana səhifə
  • Haqqımızda
    • Biz kimik
    • Karyera imkanları
    • Sertifikasiya
  • Xidmətlərimiz
    • Hazırlıq kursları
    • Şəxsi inkişaf kurslar
    • Xaricdə təhsil
    • Məşğələlər
  • Bizimlə əlaqə
  • Onlayn xidmətlər
    • Onlayn ödəniş
    • Onlayn qeydiyyat
  • Materiallar
    • İngilis dili

Təkliflər-Şagirdləri koronadan necə qoruyaq, məktəblər yenə bağlansınmı?

Ana səhifə > Son xəbərlər > Təkliflər-Şagirdləri koronadan necə qoruyaq, məktəblər yenə bağlansınmı?

Təkliflər-Şagirdləri koronadan necə qoruyaq, məktəblər yenə bağlansınmı?

Dərc edilmə tarixi 06.02.202103.05.2021 icraçı: nicatk
0
Şagirdləri koronadan ile ilgili görsel sonucu

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, ibtidai təhsil səviyyəsi (I-IV siniflər) üzrə təhsil alan 182 018 şagirddən 1106 nəfərin valideyni övladının tədris prosesində əyani şəkildə iştirakından imtina etməsi ilə bağlı iltizam sənədi imzalayıb.

Bu arada Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti də açıqlayıb. Bildirilib ki, 10 şagirdin hərarəti 37 dərəcədən yuxarı olub. İbtidai siniflərdə oxuyan 2 şagird koronavirusa yoluxub. Virusa yoluxmuş işçi heyətinin sayı isə 7 nəfərdir. Məktəbəqədər hazırlıq qruplarında təhsil alanlar arasında virusa yoluxma qeydə alınmayıb.

Nəzərə alsaq ki, fevralın 8-dən yuxarı sinif şagirdləri üçün də tədris başlayacaq, onda yoluxma sayında artımların olması da gözləniləndir. Yeri gəlmişkən, fevralın 15-dən məktəbəqədər təhsil müəssisələrində, Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda yerləşən ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq mərhələsində tədris həftədə 2 dəfə, ibtidai təhsil səviyyəsində (I-IV siniflərdə) həftədə 3 dəfə,  ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) həftədə 2 dəfə olmaqla, xüsusi məktəblərdə (I-IX siniflərdə) həftədə 5 dəfə olmaqla, ali və orta ixtisas təhsili və peşə təhsili müəssisələrində praktiki məşğələlər tələb olunan ixtisaslar üzrə (müvafiq laboratoriya və xüsusi təchiz edilmiş auditoriyalarda) və təhsilalanların fiziki iştirakını tələb edən fənlərin və mövzuların əvvəlcədən müəyyən edilmiş cədvəllər üzrə tədrisi (tibb, yaradıcılıq, mühəndislik və s.) ənənəvi formada bərpa olunacaq.

Onu da ciddiyə alsaq ki, hələ də koronavirus xəstələrinin küçələrdə, avtobuslarda gəzməsi halları var, o zaman məktəblərdə virusun yenidən artması və yayılması ehtimalı yüksəlir? Bəs nə etməli? Məktəblərin bağlanması daha məqsədəuyğundur, yoxsa başqa bir çarə olmalıdır? Mövzu ilə bağlı ekspertlərin rəyini öyrəndik.

Bizimlə söhbətdə təhsil eksperti Qoşqar Məhərrəmov bildirdi ki, bütün Azərbaycan ərazisində təhsili dayandırmaq mənasızdır: “Çünki həqiqətən Azərbaycanın bəzi yerləri var ki, məktəblərdə heç bir sıxlıq yoxdur, müəllimlər cavandır. Hər hansı bir təhlükə yoxdursa, ümumi bir qərar almağın mənası yoxdur. Fikrimcə, məktəblərin yavaş-yavaş açılmağa başlaması daha önəmli, daha düzgün addımdır, nəinki məktəblərdə təhsilin dayandırılması. Sabitləşmə, lokal qərar alma daha uyğun olacaq. Hansı məktəbdə covid halı yoxdur, müəllim cavandır, şagird sıxlığı yoxdur, sinifdə 10 nəfərlə dərsi keçmək mümkündür, o zaman o məktəblərdə təhsili davam etdirmək lazımdır.

Ümumiyyətlə, bu virus evdə oturduğumuz zaman  çıxıb gedəsi deyil. Ona görə də gözləməyin mənası yoxdur. Ümumi bir immunitet qazanmaq daha məntiqli olacaq. Ümumi immunitet qazanmaq üçün də normal həyata qayıtmağımız lazımdır. Başqa çıxış yolu da görmürəm. Amma bu o demək deyil ki, covid həyatımızdan çıxıb gedəcək. Yenə də virusa yoluxma halları olacaq, amma biz bunu norma halına gətirib, həyatımıza davam etməliyik”.

 Elçin Süleymanov

Mövzu  ilə bağlı “Yeni Müsavat”a danışan digər təhsil eksperti Elçin Süleymanov da fikirlərini bildirib: “Təbii ki, məktəblərdə yoluxma hallarının olması gözlənilən idi. Sentyabrda da bu qeyd olunmuşdu. Amma hazırda yoluxma qorxulu həddə deyil. Yoluxanlar içərisində təbii ki, şagirdlər də olur. Bəziləri evdə, bəziləri küçədə virusa yoluxurlar. Bir qismi də ehtimal oluna bilinər ki, məktəblərdə olsun. Amma məktəbə gələn şagirdlərin hərarəti yoxlanılır. Eyni zamanda, məktəblər dezinfeksiya edilir, nəzarət yerindədir. Sentyabrda bir-iki fakt olmuşdu, yəni 400-500 məktəb içərisində bu say çox azdır. Ümid edirəm ki, Təhsil Nazirliyi və məktəblər prosesə nəzarət edəcək. Təbii ki, burda mövcud statistikaya diqqət olunur, təhlil olunur. Əgər gələcəkdə say artarsa, yenidən qərar dəyişə bilər. Hazırda açıqlanan rəqəmlər həyəcan təbili çalmaq üçün əsas vermir. Əsas koronavirusun yayılma mərkəzinin məktəb və müəllim olmamasıdır. Bu da nəzarət edilməlidir. Şagirdlər də, müəllimlər də həm sosial məsafəyə, həm də gigiyenik qaydalara əməl etməlidirlər. Bu məsələdə  təbii ki, məktəbə, direktora, müəllimlərin üzərinə böyük məsuliyyət düşür. Yuxarı siniflər,  universitetlər də açılınca eyni həssaslıq davam edəcək. Amma düşünürəm ki, idarə oluna bilər. Əsas odur ki, qurumlar öz məsuliyyətini başa düşsün, daha ciddi olsun, bu məsələlərə daha həssaslıqla yanaşsın. Operativ reaksiya göstərərlərsə, düşünürəm ki, prosesi idarə etmək olar. Ümumi statistikanın içərisində məktəblilərin olması təbiidir”.

Xəbərlər
Novruz hədiyyəniz bizdən!
Bayramı “Endirimlər” ilə qarşılayın! 31.03.2022...
IX sinfin buraxılış imtahanının məzmunu və forması təqdim edilib
Dövlət İmtahan Mərkəzi ümumi (9...
Nazirlik daha iki ali məktəbi qeydiyyata aldı
Təhsil naziri tərəfindən təsdiq edilmiş...

Instagram

butm.az

İnstagramda bizi izləyin

Baku Universal Training Center
🇬🇧📗📖 Dil biliklərinin inkişafı üç 🇬🇧📗📖 Dil biliklərinin inkişafı üçün qısa hekayələr. (06-10)
#sitatlar #butm #elm #kurs #hazirliq #sitatlar #butm #elm #kurs #hazirliq
Instagram post 18200518690164665 Instagram post 18200518690164665
🇬🇧📗📖 Dil biliklərinin inkişafı üç 🇬🇧📗📖 Dil biliklərinin inkişafı üçün qısa hekayələr. (1-5)
Peşəkar İnteryer dizayn təlimi ilə real və v Peşəkar İnteryer dizayn təlimi ilə real və vizual komfort yaratmaq indi daha əlçatandır. Siz də komfortunuzu peşəkar interyer dizayn təliminə qoşularaq yaratmağa başlayın.

📜Kursu bitirdikdən sonra Sizə SERTİFİKAT təqdim oluncaq
Üstəlik, BirKartınla xərclərini 9 aylıq faizsiz taksitlə ödəyə bilərsən.
_______________________
📱: +99455 424 09 10 #whatsapp 💬
📌: Bakı şəhəri, Nəsimi ray, 4MR Asif Məhərrəmov küçəsi 174.
("Kapitalbank"ın arxası, M.Əcəmi mst. yaxınlılğı)
📩:office@butm.az / www.butm.az
Instagram post 17934482315328932 Instagram post 17934482315328932
Tibb kursları üzrə Yeni qruplar üçün qeydiyy Tibb kursları üzrə Yeni qruplar üçün qeydiyyat davam edir!

💊TİBB KURSLARI🌡️
✅Dərslər təcrübəli həkimlər tərəfindən keçirilir. Kurs nəzəriyyə və təcrübə hissələrindən ibarətdir. Kurs ərzində tələbələr tibb müəssilərində praktika keçəcək bu müddətdə praktik olaraq müəyyən əməliyyatlara da buraxılacaqlar.
Kursun müddəti: 9 ay
Təcrübə müddəti: 3 ay
Tərkibi: 4-5 tələbədən ibarət olur.
‼️Tibb kurslarına yazılma tələbləri:
Yaş həddi: 16 yuxarı;
Azərbaycan Respublikası vətəndaşı olmalıdır;
9-cu sinif şəhadətnaməsi və ya 11 sinif atestatı;
Tibb sahəsinə maraqlı olmaq.
📜Kursu bitirdikdən sonra Sizə SERTİFİKAT təqdim oluncaq
Üstəlik, BirKartınla xərclərini 9 aylıq faizsiz taksitlə ödəyə bilərsən.
_____________________
📱: +99455 424 09 10 #whatsapp 💬
📌: Bakı şəhəri, Nəsimi ray, 4MR Asif Məhərrəmov küçəsi 174.
("Kapitalbank"ın arxası, M.Əcəmi mst. yaxınlılğı)
📩:office@butm.az / www.butm.az
📈MÜHASİBAT UÇOTU KURSLARI!💻📊 🗓️T 📈MÜHASİBAT UÇOTU KURSLARI!💻📊

🗓️Təlim günü: 2 dəfə
📟Təlim müddəti: 36 saat / 3 ay
👩‍🎓👩‍🎓 İştirakçı sayı: 4 nəfərlik qrupla
💳*BirKart sahibləri %-siz olaraq təlim ödənişin 6 aya ödəyə bilərlər.

Təlim haqqında məlumat: Nəzəri və praktiki kursdan ibarət olan Mühasibatlıq Kursunu bitirdikdən sonra hər bir tələbəmiz müstəqil şəkildə mühasib işləyə bilirlər. Kursu bitirən tələbələr SERTİFİKAT ilə təltif olunur.✅
__________________________________________
📱: +99455 424 09 10 #whatsapp 💬
📌: Bakı şəhəri, Nəsimi ray, 4MR Asif Məhərrəmov küçəsi 174.
("Kapitalbank"ın arxası, M.Əcəmi mst. yaxınlılğı)
📩:office@butm.az / www.butm.az

#endirim #kurs #mərkəz #baku #hazirliq #MSOffice #tibbkursu #butm #kampaniya
Kurslara fərdi yazılmaqla vaxt seçimində sərb Kurslara fərdi yazılmaqla vaxt seçimində sərbəst olun. Sizə uyğun vaxtlarda xidmətinizdəyik!
Daha çox… Instagram-da davam edin

Facebook

Baku Universal Training Center
Əlaqə
Bakı ş. Asif Məhərrəmov küç.175
+994 55 424 09 10
office@butm.az
© 2022 Bakı Universal Tədris Mərkəzi | Bütün hüquqları qorunur: "Bakı Universal Tədris Mərkəzi MMC"