Fiziki və Hüquqi Şəxslər üçün

        İlk növbədə, “peşəkar yanaşma və kefiyyətli nəticə” statusu, kefiyyətli xidməti ilə sağlam rəqabət aparan “Bakı Universal Tədris Mərkəzi” MMC-nin saytına xoş gəlmisiniz!
        Siz bizim saytımızı ziyarət etməklə, təklif etdiyimiz xidmətlər barədə geniş məlumat əldə edə bilərsiniz.

        Hörmətli ziyarətçi,
“Bakı Universal Tədris Mərkəzi” Azərbaycanda rəsmi qeydiyyatdan keçmiş Məhdud Məsuliyyətli Cəmiyyətdir (MMC). Özünün, övladlarının və əməkdaşlarının təhsilinə investisiyalar ən doğru pul yatırımıdır. Dəfələrlə təkrarlanan bu həqiqət doğruluğunu itirməyib. Biz aktiv, uğurlu və məhsuldar şəkildə fəaliyyət göstəririk və xaricdə ali təhsil, müxtəlif təlim kursları, hazırlıq və dil kursları sahəsində xidmətlərin geniş spektrini təklif edirik. Niyə Siz məhz “Bakı Universal Tədris Mərkəzi” şirkətinə diqqət yetirməlisiniz?

  1. Vergilər Nazirliyində qeydiyyatdan keçmiş rəsmi şirkət.
  2. Tələbələr və Mərkəz arasında göstəriləcək xidmətlə bağlı hüquqi qüvvəyə malik müqavilə. 
  3. Xarici Universitetləri ilə rəsmi müqavilə əsasında fəaliyyət göstərən şirkət.
  4. Xaricdə təhsil üçün hərbi xidmətdən möhlət hüququnun təşkil edilməsi
  5. Təklif etdiyimiz Universitetlərin diplomları Azərbaycan Respublikasında tanınır.

     “Bakı Universal Tədris Mərkəzi” öz müştərilərinə qayğı göstərir və hər birinə dəyər verir bunu üçün metodik planını müasir tələblərə uyğun qurmuş, dərsələr müasir tələblərə cavab verən auditoriyalarda keçirilir.
      Üstünlüyümüz, idarə və müəllim heyyəti tələbələrin tədris proqramını yaxından izləyir, mütamadi olaraq mövzu sınaq imtahanlarını təşkilidir. Hər bir tələbənin tədrisinə xüsusi diqqət yetirir, dərs cədvəlini onlara uyğun qaydada tərtib edilməsinə çalışır. Tələbələrin uğurları, güclü və zəif tərəfləri barədə valideynləri məlumatlandırır. Digər üstünlüyü isə yerli və xarici mərkəz və dərnək, müəsissə və təşkilatları ilə iş birliyinin qurulmasına xüsusi önəm verir. Bu səbəbdən, qısa müddətli fəaliiyətimizə baxmayaraq müəyyən uğurlar əldə etmiş və aşağıdakı səhələr üzrə fəaliyyəti həyata keçirməyi bacarmışdır. Biz Sizi, aşağıda göstərilən ünvanda yerləşən, “Bakı Universal Tədris Mərkəzi”nin ofisində görməyimizə və Sizi maraqlandıran sualları cavablandırmağa şad olarıq. Sizin sayt barədə istənilən irad və təklifiniz hər zaman bizim üçün olduqca əhəmiyyətlidir. Sizdən xahiş etmək istərdim ki, fəaliyyətimizə və xidmətlərimizə, habelə internet saytımıza aid irad, istək və təklifləriniz barədə bizim spenahova@butm.az elektron ünvanına bildirəsiniz.

Hörmətlə,
Səmayə Pənahova, 
“Bakı Universal Tədris Mərkəzi”-nin Direktoru

📱: +99455 424 09 10 #whatsapp 💬
📌: Bakı şəhəri, Nəsimi ray, 4MR Asif Məhərrəmov küçəsi 174.
(“Kapitalbank”ın arxası, M.Əcəmi mst. yaxınlılğı)
📩:office@butm.azwww.butm.az