Mental Aritmetika proqramı bir zehni inkişaf proqramıdır. Dünyanın bir çox ölkəsində sürətli şəkildə yayılan bu proqram Türkiyədə də geniş yayılmışdır. Bu proqramın əsas üstün cəhəti övladınızın zəka qabiliyyətinin inkişafı və riyazi hesablama bacarığının artmasıdır. Riyazi əməllər olan  toplama, çıxma, vurma , bölmə və başqa əməliyyatlarını bir neçə saniyədə gerçəkləşməsi yalnız bu proqram vasitəsilə mümkündür.
Tədris mərkəzimizdə bu proqram 6-12 yaş uşaqlara tətbiq edilir. Ümumilikdə 2 illik bir proqramdır. 1 il ərzində toplama və çıxma, 2-ci il isə vurma və bölmə əməliyyatları tədris olunur. Tədris pe.akar müəllimlər tərəfindən həyata keçirilir. Kursu uğurla bitirənlərə sertifikat verilir.
Mental Aritmetik proqramının övladlarınıza xeyri:

  • Sürətli və dəqiq şəkildə hesablama bacarığının artması;
  • Riyazi  təfəkkürün inkişafı;
  • Yaddaşın və qavramanın güclənməsinə köməklik;
  • Beyinin sağ və sol yarımkürələrinin inkişaf etməsi;
  • Özünə inam və yaradıcılıq qabiliyyətinin güclənməsi və s.

Sizdə övladınızın diqqətini, riyazi hesablamalarda çevikliyini və zəkasını inkişaf etdirmək istəyirsinizsə, o zaman “Bakı Universal Tədris Mərkəzi” 4-12 yaş uşaqlar üçün təşkil etdiyi, çox münasib qiymətə “Mental aritmetika” kurslarına yazılmağa tələsin. Dərslər xüsusi təlim keçmiş müəllimlər tərəfindən keçiriləcək.

Dəsrlər fərdi və qruplarda 2-4 nəfər olmaqla həftədə 2 dəfə 2saat olmaqla Rus və Azərbaycan bölməsi üzrə aparılır.