Məktəbəqədər

Ölkəmizdə həm dövlət, həm də özəl məktəblər 1-ci sinfə şagird qəbul edərkən xüsusi imtahanlar keçirirlər. Məhz bu səbəbdəndir ki, kursumuzda Azərbaycan və rus bölmələri üzrə 4-5-6 yaşlı uşaqlar üçün məktəbəqədər hazırlıq dərsləri fəaliyyət göstərir. Dərslərin hazırlığı 9 ay davam edir. Tədris ili müddətində öyrənilən dərslərin daha yaxşı mənimsənilməsi üçün aylıq sınaq imtahanları keçirilir. Bundan başqa dünya görüşlərini artırmaq məqsədi ilə bayram günlərinin keçirilməsi, ekskursiyaların təşkili kimi uşaqların inkişafını sürətləndirəcək  fəaliyyət istiqamətlərimizdə mövcuddur. Hazırlıq müddəti bitdikdən sonra kursu bitirən balaca hədəfçilərə sertifikat təqdim olunur.

Dərslərdə nələr öyrədilir?

  • Savad təlimi məşğələsində əlifba vasitəsilə sözlər qurula bilir;
  • Riyaziyyat və məntiq məşğələsində sadə riyazi əməllər və konstruktiv bacarıqlar nümayiş etdirilir, məkan və zamanla bağlı ilkin riyazi əməliyyatlar yerinə yetirilir;
  • Ətraf aləm məşğələsində canlı və cansız aləmdəki obyektlərlə düzgün davranış bacarığı formalaşdırılır, ətraf mühitdə baş verən hadisələr, ailə və vətən haqqında sadə məlumatlar öyrədilir;
  • Uşaqların estetik inkişafı nəzərə alınaraq rəsm, rəqs, və yaradıcı iş məşğələləri keçirilir.

Dərslər həftədə 3 dəfə olmaq hər dərs 1 saat keçirilir. Dərslər 4 nəfərlik qruplaq formasında təşkil olunur. 

Aylıq ödəniş 50 manat təşkil edir.