İbtidai sinif

Övladlarını günün tələbləri səviyyəsində yetişdirmək istəyən valideyinlərin nəzərinə:

Uşaqlarınızın məntiq və təfəkkürünü inkişaf etdirmək, rabitəli nitqini formalaşdırmaq, əylənərək düşünmək bacarığını artırmaq, lüğət ehtiyatını zənginləşdirmək, nitq mədəniyyətinin inkişafını, fiziki və psixi inkişafın formalaşmasını istəyirsinizsə, sizi yeni təhsil islahatı olan KURRİKULUM üsulu ilə 1-ci sinfə hazırlıq kurslarına dəvət edirik.

Mərkəzimizdə təşkil edilən ibtidai sinif hazırlığı dərsləri övladlarınızın aparıcı 3 fənn üzrə (riyaziyyat, ana dili və həyat bilgisi) hazırlığını nəzərdə tutur. Hazırlıq səviyyəsi haqqında valideynlərə həftəlik məlumat verilir. Əlavə olaraq hazırlıqda iştirak edən şagirdlərimiz üçün aylıq yoxlama imtahanları da təşkil edilir.

Siz övladınızı bizim mütəxəssislərimizə əmanət edirsiniz, onların bütün dərslərinə  yaxından köməklik edildiyinə və inkişaflarına şahid olursunuz. 

Dərslər 4 şagirddən ibarət qrup şəklində təşkil olunur. Həftədə 5 dəfə 1.5 saat olmaqla keçirilir. Aylıq ödəniş fərdi şəkildə 120 manat, qrup halında isə 80 manat təşkil edir.