Hazırlıq kursları

Mərkəzimizdə hazırlıq kursları Azərbaycan və Rus bölməsi üzrə təşkil olunur. Hazırlıq kurslarımızda məktəbəqədər hazırlıq, ibtidai sinif üzrə hazırlıq və abituriyent hazırlıqları təşkil olunur. Təcürbə göstərir ki, hazırlıq kurslarının iştirakçıkları digər şagirdlər və abituriyentlərə görə qəbul imtahanlarında əlavə psixoloji üstünlük qazanırlar.

Hər üç hazırlıq kursları mərkəzimizdə tələbələrimizə uyğun dərs saatı qrafiki ilə təşkil olunur. Kurslar maksimum 4 iştirakçı ilə keçirilir. Bütün kurslar üzrə ilk dərslər sınaq dərsi olaraq ödənişsiz həyata keçirilir və iştirakçı bundan sonra qərar verməkdə sərbəstdir.