IELTS (The International English Language Testing System) imtahanı ingilis dili biliyinin beynəlxalq səviyyədə yoxlanılması – dil biliyi səviyyəsini təsdiq etmək üçün işlənib hazırlanmış qiymətləndirmə sistemidir.

Bu imtahan Böyük Britaniya, Avstraliya, Kanada, ABŞ, Yeni Zelandiyanın bir çox universitet, hökumət təşkilatları, eləcə də Avstriya, Almaniya, Fransa, İrlandiya, Hollandiya, İsveçrə, Niderland, İsrail, Honkonq, Cənubi Afrikanın tədris müəssisələri tərəfindən tanınmışdır.

IELTS imtahanı Amerika, Avropa, Asiya, Avstraliya, Yeni Zelandiya, Cənubi Afrikanın kollec və universitetlərində təhsil almaq, Böyük Britaniya, Kanada, Avstraliya, Yeni Zelandiyaya immiqrasiya, xaricdə işə düzəlmək üçün lazımdır.

IELTS testi bütün dil vərdişlərini yoxlayır – dilin başa düşülməsi, danışıq dili, oxu və yazı. Oxumaq və yazmaq üçün tapşırıqlar “Akademik” təhsil modulu və “Ümumi təyinat” modulu arasında seçim zərurətini nəzərdə tutur.

IELTS testi dörd hissədən ibarətdir:

  • Dilin başa düşülməsi— şifahi danışıq dilinin başa düşülməsinin yoxlanması (Listening);
  • Oxu (Reading);
  • Yazı (Writing);
  • Müsahibə, danışıq (Speaking).

Testin nəticələri 2 il müddətində qüvvədədir.

IELTS imtahanı haqqında geniş məlumatı www.ielts.org saytından əldə edə bilərsiz.

Dərslər fərdi və kiçik qruplar şəklində tədris olunur.


TOEFL (Test of English as a Foreign Language). TOEFL testi ABŞ, yaxud Kanada ali təhsil ocaqlarında oxumağa hazırlaşan, MBA proqramlarına daxil olmaq istəyən şəxslər, və işəgötürənləri TOEFL üzrə biliyi məcburi işəgötürmə şərti kimi irəli sürən şəxslər üçün nəzərdə tutulmuşdur.
TOEFL test sistemi verilən cavablar arasında düzgün cavabın seçilməsini tələb edən müxtəlif növ suallardan ibarətdir.

TOEFL iBT (internet-based version of the TOEFL) — TOEFL beynəlxalq imtahanının yeni internet – versiyasıdır.

Testin yeni formatı dil bilgisinin dörd növü üçün nəzərdə tutulmuşdur: şifahi danışıq, oxunan mətnin başa düşülməsi, dinləməklə şifahi nitqin başa düşülməsi və yazı: Reading, Listening, Writing & Speaking

Testin ümumi davametmə müddəti  təxminən dörd saatdır. TOEFL iBT-də testin əvvəlki versiyasından tapşırıqlar, eləcə də ümumiləşdirmə prinsipi üzrə tərtib edilmiş və bir  neçə dil vərdişlərinə toxunan yeni tapşırıqlar verilir.

Speaking (şifahi nitq) yeni bölməsində qulaqcıq və mikrofon vasitəsilə yerinə yetirilməsi lazım olan 6 tapşırıq verilir. Writing bölməsi genişləndirilmiş və essenin oxunmuş mətn və ona verilən şərh əsasında yazıldığı ümumiləşdirilmiş tapşırıqlardan  ibarətdir. Test zamanı qeydlərin edilməsinə icazə verilir.

TOEFL beynəlxalq sertifikatı 2 il müddətində etibarlıdır.

Sertifikatın özündən başqa, imtahanın nəticələrini də İnternetdə əldə etmək mümkündür və hımçinin sizin poçt ünvanınıza göndərilə bilər.

TOEFL imtahanına qeydiyyat www.toefl.org rəsmi saytında aparılır.

TOEFL dərslərimiz fərdi və kiçik qruplar şəklində təşkil olunur.


 

Təfsilatlar

TOEFL

IELTS

GMAT

GRE

SAT

Davametmə müddəti

12 saat / ay 12 saat / ay 12 saat / ay 12 saat / ay 12 saat / ay
60 dəqiqə  Həftədə 3 dəfə dərs – ayda 12 dərs 60 dəqiqə  Həftədə 3 dəfə dərs – ayda 12 dərs 60 dəqiqə  Həftədə 3 dəfə dərs – ayda 12 dərs 60 dəqiqə  Həftədə 3 dəfə dərs – ayda 12 dərs 60 dəqiqə  Həftədə 3 dəfə dərs – ayda 12 dərs

Münasib günlər

Həftənin 7 günü Həftənin 7 günü Həftənin 7 günü Həftənin 7 günü Həftənin 7 günü

Cəmi davametmə

3 ay

3 ay

3 ay

3 ay

(36 saat)

(36 saat)

(36 saat)

(36 saat)

(36 saat)

Uyğun səviyyə

İngilis dilinin “Intermediate”  səviyyədə olması İngilis dilinin “Intermediate”  səviyyədə olması Əsas yaxşı riyazi biliyin  və ingilis dilinin “Upper Intermediate” olması Əsas yaxşı riyazi biliyin  və ingilis dilinin “Upper Intermediate” olması Yaxşı riyazi biliyin  və ingilis dilinin “Upper Intermediate” olması

Qrup tərkibi

Maksimum 4 iştirakçı Maksimum 4 iştirakçı Maksimum 4 iştirakçı Maksimum 4 iştirakçı Maksimum 4 iştirakçı

Bizim zəmanətimiz

IBT Score 85 və yüksək Akademik və Ümimi Modul 600 və yüksək Subyektiv
6.5 bal və yuxarı

Kursun ödənişi

120AZN            bir aylıq 150AZN            bir aylıq 180AZN            bir aylıq 170AZN            bir aylıq 160AZN            bir aylıq