MS Excel

Bu kurslarda iştirak edən əməkdaşlar iş dünyasının əksər subyektlərinin (HR, Mühasib, Marketoloq, Maliyyəçi, Mühəndis, Satış mütəxəssisi, Dövlət qulluqçuları və s.) istifadə etdiyi Excel proqramını peşəkar səviyyədə öyrənəcəklər. Bu sahədə peşəkar olmaq əməkdaşlara aşağıdakı üstünlükləri qazandıracaq:

  • Gündəlik işlərdə daha yüksək sürət və vaxta qənaət;
  • Mürəkkəb hesabatların ən qısa vaxtda hazırlanması;
  • Hesablamaların və hesabatların avtomatlaşdırılması;
  • Biznesin mövcud durumunu hesabatlarda görmə imkanı;
  • Böyük verilənlər üzərində işləmək imkanı;
  • Mürəkkəb funksiyaları yazmaqla hesablama işlərini daha da asanlaşdırmaq.

Tədris müddətində Excelin 7 əsas (Home, Insert, Formulas, Page Layout, Data, View, Review) və köməkçi panelləri və önəmli funksiyaların praktiki nümunələr üzərində izah ediləcəkdir.

Tədrisin sonunda imtahan nəticələrinə əsaslanaraq iştirakçılara 3 istiqamətdə (dinləyici, müvəffəqiyyət, fərqlənmə) sertifikat təqdim olunacaq.

Qeyd: 18:00-dan sonra olan dərslərə qrup şəklində 10 AZN fərdi isə 20 AZN əlavə ödəniş olur