Menar (Mental Hesablama)

Sürücülük
Qadınlar və kişilər üçün sürücülük kursu:
Bakı Universal Tədris Mərkəzi uzun illərdir bütün ABCDE kateqoriyalar üzrə peşəkar sürücülərin hazırlanması ilə məşğuldur. Məktəbimizin fəaliyyətə başlandığı ildən bəri bu sahədə böyük təcrübə toplamışıq. Biz sizi özündə böyük məsuliyyət və təhlükə yükünü daşıyan avtomobilə yaxşndan tanış edirik, sükan qarşısında ilk dəfə oturanlarda yarnan qorxu və stessi aradan götürürük.
Bizim nəzəri dərslərimizdə tələbələrə Yol Hərəkəti Qaydalarını yüksək səviyyədə keçərək onların 100% zəmanətlə imtahan verməsini təmin edirik. Biz özümüzə və işimizin keyfiyyətinə o qədər əminik ki, imtahandan keçməyən tələbələrimizi pulsuz hazırlamağı belə öz öhtəmizə götürmüşük.
Praaktiki dərsləri yüksək səviyyəli təcrübəli müəllimlərimiz peşəkar avtomobillərdə keçirlər. Həm avtomat, həm də mexaniki sürət qutusu olan avtomobillərimizlə Sizi müəllimlərimiz hardasa uzaqlarda deyil məhz şəhər daxilində öyrədəcəklər. Buda Sizi şəhərdə daha rahat avtomobil idarə etməyinizə yüksək təsir göstərir.
Tələbələrimiz BDYP tərəfindən rəsmi tanınan və ayda 3-4 dəfə imtahana buraxılacaq Sürücülük Məktəbinin sertifikatı ilə təmin edirik.
Məktəbimizə 17 yaşından yuxarı kişi və qadınlar müraciət edə bilərlər. Xanımlar üçün xüsusi kurslar keçirilir.
Peşəkarlara güvənin! Bizim üçün pul əsas deyil, Nəticəniz olmasa Sizi pulsuz hazırlayacağıq.

Müddət: 3 ay
Aylıq ödəniş: 120 AZN

Məntiq
İnsan təfəkkürünün malik olduğu metod və vasitələr nə qədər zəngin olursa, onlardan səmərəli istifadə
edilməsi imkanları da bir o qədər artır. Düzgün təfəkkürün forma və qanunlarından bəhs edən məntiq elminin köməyi olmadan isə bu vəzifənin uğurlu həlli qeyri-mümkündür. Məntiqi bilən adam düzgün və dəqiq fikirləşməyi bacarır, onun mühakiməsi aydın və səlis olur. Məntiqi təfəkkür bu və ya digər şəxsə öz mühakimələrinin doğruluğunu sübut etmək, başqalarının fikirlərini düzgün qiymətləndirmək, onlardakı yalanı aşkara çıxarmaq imkanı verir.

Bakı Universal Tədris Mərkəzi məntiqi təfəkkürə sahib olub, yüksək intellektlə düşünmək istəyənlərə məntiq kursları təklif edir. Bizim mərkəzdə məntiq kursları aşağıdakı istiqamətlərdə tədris olunur:

Liseylərə hazırlıq
Ümumi məntiqi hazırlıq
Magistr imtahanlarına hazırlıq

Aylıq ödəniş:
Fərdi: 70 AZN
Qrup: 50 AZN

Rəsm
Kurs HeveskarHəvəskar təlimlər – Təsviri incəsənətə marağı olan və müvafiq sahədə ilkin qabiliyyəti olan istedadlı şəxslərin marağını daha da dərinləşdirmək, qabiliyyətini daha da artırmaq istiqamətində təklif olunan təlimlər. Vaxtını səmərəli, təsviri incəsənətdən həzz alaraq keçirmək istəyən, yaxud bu sahəyə xobbi kimi yanaşan şəxslər üçün əvəzsiz bir imkandır. Bu təlimlərin qiyməti aylıq 50 AZN təşkil edir (həftədə 2 dəfə, hər dərs 2 saat və ya həftədə 3 dəfə, hər dərs 1 saat olmaqla).

Kurs usaqUşaqlar üçün intellektual rəsm təlimləri – 5 yaşından yuxarı balaca dostlarımız üçün onların mövcud rəsm bacarıqlarının artırılması, dünyagörüşlərinin dərinləşməsi, vizual yaddaşın, mücərrəd və məntiqi təfəkkürün formalaşması istiqamətində təklif etdiyimiz rəsm təlimlərinin aylıq qiyməti 40 AZN təşkil edir (həftədə 2 dəfə, hər dərs 2 saat və ya həftədə 3 dəfə, hər dərs 1 saat olmaqla). Biz həm də onların yerli və beynəlxalq sərgilərdə iştirakını təmin edirik. Balaca dostlarımızın əsərləri bir çox beynəlxalq sərgilərdən qalibiyyətlər gətiriblər.

Biz uşaqlara təkcə rəsm çəkməyi deyil, həm də öz fikirlərini rəsmlə ifadə etməyi öyrətməyə çalışırıq. Bu da onların düşünmə qabiliyyətini genişləndirməyə, hər hansı mövzuya düzgün yanaşma tərzini uşaqlıqdan formalaşdırmağa kömək edir.

 

Rəqs
Yaşın nə fərgi var! Uşaqlar və böyüklər qəbul olunur (5 – 75 yaşlı)!
Yüksək dərəcəli müəllimlər! Rəqsə öyrədilmə “tamam-kamal” metodu ilə. 
Öyrətmə müddəti 1-6 aydır.

Aylıq ödəniş:
Fərdi: 70 AZN
Qrup: 50 AZN