“EKO MONİTORİNQ” MMC Azərbaycan Respublikasında fəalliyyət göstərən və yaxud nəzərdə tutulan müəssisələrin ƏMTQ və digər Ekoloji Normativ Layihə sənədlərinin hazırlanma prosesini, həmçinin müəssələrə ekoloji məsləhət xidmətlərini həyata keçirir. Bundan əlavə olaraq, “EKO MONİTORİNQ” MMC ekoloji, sosial yönümlü layihələrin icrasını, bu sahədə təşəbbüsü olan gənclərin layihələrini uğurla həyata keçirilmə prosesini öz üzərinə götürən bir təşkilatdır. Ekomonitorinq MMC-nin vəzifəsi ətraf mühitin vəziyyətinə və əhalinin sağlamlığına birbaşa və ya dolayı, hazırda və yaxud gələcəkdə mənfi təsir göstərə biləcək müəssisələrin fəaliyyətinini təhlil edib, ekoloji təhlükəlilik səviyyəsini müəyyən etməkdir. Müəssisə öz fəaliyyətində Azərbaycan Respublikası Konstitusiyasını və qanunlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı Beynəlxalq müqavilələri, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar, əmr, sərəncam və göstərişlərini, bu sahədə olan digər normativ-hüquqi aktları rəhbər tutaraq fəaliyət göstərir. “EKO MONİTORİNQ” MMC öz səlahiyyətlərinə aid olan məsələlərlə əlaqədar müvafiq qurumlarla çıxış edir.“EKO MONİTORİNQ” MMC Azərbaycan Respublikasın qanunvericiliyinə uyğun olaraq 07 dekabr 2018 – ci ildə Kərimli Kənan İnqilab oğlu tərəfindən təsis olunaraq, dövlət qeydiyyatına alınmışdır. Müstəqil balansa, nəzamnaməyə, əsasnaməyə, üzərində şirkətin adı əks olunmuş möhürə, müvafiq blank və ştamplara, bank hesabına malikdir.Müəssənin balansında peşakar, uzun illər aidiyatı iş təcrübəsinə malik, yerli və beynəlxalq (AB) ekoloji təlim və tədbirlərin həyata keçirilməsində böyük əməyi olan peşəkar ekoloq mühəndis heyətindən ibarət mütəxəssislər mövcuddur.