“Bakı Universal Tədris Mərkəzi” MMC olaraq övladlarınızın inkişafı üçün əlimizdən gələni etməyə hazırıq. Bunun üçün Mərkəzimizdə tələbələrimiz üçün həftə sonu ödənişsiz dərslər (Rus, İngilis dili, böyüklər üçün danışıq klubları) təşkil edilir. Həvəsləndirici nə nəzarət tədbirlərimizdən biridə, keçirilməsi artıq ənənə halını almış II-VI sinif şagirdləri arasında təşkil edilən “Bilik Olimpiadası”-dır. 
 
     “Bilik Olimpiadası” dərs ili müddətində 4-dəfə təşkil edilir, “Bilik Olimpiadası”-nda ümumi nəticəyə görə I, II, III yerləri tutan şagirdlərə Mərkəzimiz tərəfindən Təltifnamə və həvəsləndirici pul mükafatı təqdim edilir. Hər sinif üzrə I, II, III yerləri tutan şagirdlər isə Mərkəzimizin xidmətlərindən 40%-dək endirim əldə edirlər.

“Bilik Olimpiadası” hər dərs ilinin Noyabr, Yanvar, Mart və May aylarında təşkil olunur.

Keçirilmiş Olimpiadalarımızdan foto şəkillər.