“BAKI UNİVERSAL TƏDRİS MƏRKƏZİ” sizləri Mühasibatlıq kurslarına dəvət edir. Mühasibat işlərinin sizlərini bizimlə öyrənin.

Mühasibat uçotu – vacib və mürəkkəb bir sistemdir. Bu sistemin düzgün və effektiv qurulmasından, bəzi hallarda, müəssisənin gələcəyi asılıdır. Mühasibat şöbəsinin işi müəssisənin daxili idarəetmə hesabatlarının və maliyyə hesabatlarının hazırlanması, vergi uçotunun aparılmasıdır. Burada biliklər ilə yanaşı, işçi-mühasiblər arasında işlərin düzgün bölüşdürülməsi, qarşılıqlı yardımlaşma və komanda şəklində işləmə kimi amillər də mühüm rol oynayır.

Bu gün mühasibat uçotu müəssisənin elə bir sahəsidir ki, bu sahədən müəssisə gəlir də əldə edə bilər, zərər də.

İdarə heyyətinin vaxtında və düzgün idarəetmə uçotunun məlumatları ilə təmin etməsindən, onların müəssisənin fəaliyyəti ilə bağlı effektiv qərarların qəbul edilməsi asılıdır.

Maliyyə hesabatlarında təqdim olunan müəssisənin maliyyə vəziyyətindən investorların, kreditorların, müştərilərin qərarları asılıdır.

Beləliklə, idarəetmə, maliyyə və vergi uçotu sistemlərinin effektiv qurulması son dərəcə vacibdir.

Mühasibat uçotuna biznesin və iqtisadiyyatın dili deyirlər. Bu dil ilə müəssisələrin hazırki vəziyyətini, onların gələcəyi haqqında proqnozları öyrənmək olar.

Saytın bu hissəsində mühasibat uçotunun əsasları, əsas təsərrüfat sahələrinin mühasibat uçotu, uçotun təşkili və müxtəlif növ müəssisələrdə uçotun aparılması qaydaları veriləcək.

Bildiyimiz kimi hal-hazırda Mühasibat Uçotunun Beynəlxalq Standartlara keçidi prosesi gedir. Bunu nəzərə alaraq çalışacayıq ki, mövzularda həm köhnə, həm də yeni uçot standartları barədə danışaq.

Proqram haqqında ümumi məlumat:

►həftə ərzində 3 saat proqram dərsi.

►dərslər kiçik qruplar (2-4 nəfərlik) şəklində keçirilir;

►Dərs vəsaitlərinin Mərkəz tərəfindən təmin edilməsi.

Proqramın qiyməti:

►100 AZN ( 3 aylıq 36 saatlıq proqram dərsi)

Qrup ( 2-4 nəfər )

►80 AZN ( 4 həftəlik – 36 saat proqram dərsi)

 

*Kursun sonunda bitirdiyiniz səviyyəyə uyğun olaraq “Bakı Universal Tədris Mərkəzi”-nin Sertifikatını əldə edəcəksiniz