Müasir dövrdə kompütersiz işləyən biznes növü demək olar ki, mövcud deyil. Artıq bütün xidmətlərin elektornlaşdırılması getdiyi bir zamanda kompüter bilmək ən vacib amillərdən biridir.
Bu baxımdan iş imkanlarınızı daha da artırmaq üçün Sizlərə kompüter kurslarımızdan faydalamağı təklif edirik. Belə ki, karyera imkanlarınızı artırmaq üçün Ofis proqramlarını bilmək vacib, Dizayn proqramlarını bilmək isə üstünlükdür.
 
Biz Sizlərə aşağıdakı proqramlar üzrə tədris təklif edirik:
 
MS Office:
Word ofislərdə xüsusi formaların hazrlanması, daxili və xarici yazışmaların aparılmasında əvəzsiz yer tutur;
Excel analitik yönümlü proqram olaraq mühasibat uçotu. anbar işi və bir çox sahələr üzrə köməyinizə çata bilər;
Powerpoint təqdimatların hazırlanması, xırda ölçülü animasıyaların hazırlanmasında əsas üstünlük verilən bir proqramdır;
Publisher kuponlar, elanlar və bu kimi digər təbliğat vasitələrinin hazırlanmasında istifadə edilir.

Adobe Photoshop:

Bu proqram köhnə şəkillərin bərpası və olan şəkilləri redaktə etmək üçün əvəzsizdir. Təlim zamanı dinləyicilər müxtəlif növ şəkillərlə işləməyi, photoshopun əsaslarını, sistemə uyğunlaşdırılmasını, şəffaf və qeyri şəffaf materiallarla işləməyi və işıq effektlərinin yaradılmasını, şəkillərinpoliqrafiya və veb üçün korreksiya olunmasını, müxtəlif dizaynların qurulmasını, hər növ çap materialların hazırlanmasını öyrənəcəklər.

Bir sözlə, şəkilə aid nə varsa, bu proqram vasitəsilə edə bilərsiniz.Bu proqramdan bir çox sahələrdə, o cümlədən jurnal, qəzet, televiziya və bu tipli bir çox sahələrdə geniş istifadə olunmaqdadır.

Kursu bitirən tələbələrimiz poliqrafik, dizayn və reklam firmalarında asanlıqla özlərinə iş tapa biləcəklər.

Corel Draw:

Corel Draw – qrafika proqramıdır. Dizaynerlər üçün ən əlverişli dizayn proqramı hesab olunur. Bir sıra məşhur jurnalları bu proqram vasitəsilə yığırlar.Bundan başqa böyük plakatların hazırlanması, vizit kartların yığılması, bukletlər yığılması, və s. əyani vəsaitləri hazırlaya bilərsiniz.Corel Draw proqramının üstünlüklərindən bir də burada həm də şəkil montaj etmək mükündür.Qrafik dizaynlarının əsas növlərini – Afişa, Loqo, Broşur, Vizit kart və s. hazırlamağı bacaracaqsınız.Bundan əlavə, müxtəlif foto-montaj, şəkillər üzərində dəyişikliklər və s. bu kimi əməliyyatları yerinə yetirə biləcəksiniz.

3D MAX:

-İnteryer

-Exteryer

Müxtəlif növ 3D modellərin hazırlanması və dizaynı

AutoCAD:

1. Eskiz və işçi layihələrin çəkilməsi

2. Obyektlərinin planlarının və 3D fasadlarının işlənməsi

Mərkəz olaraq sloqanımıza sadiq qalıb, “Peşəkar yanaşma, kefiyyətli nəticə”əldə etməyə söz veririk. Kursu bitirib, imtahanda uğurlu nəticə əldə edən tələbələrə mərkəzimiz tərəfindən sertifikat verilir. Çox çevik (dəyişkən) cədvəl üzrə siz hər gün səhər saat 9.00– 22.00 kimi məşğul olmaq imkanı verir. Dərslərimiz yalnız nəzəri yolla deyil həmçinin iştirakçılarla praktik məsələlərin həlli üzərində qurulur.