Öncədən xəbər verdiyimiz kimi 02.10.2016-cı il tarixdə saat 16:00-da “Bakı Universal Tədris Mərkəzi”-nin Bakı ş. Nəsimi ray. Asif Məhərrəmov küç. 174 ünvanında Mərkəzin rəsmi açlış mərasimi keçirilib. Tədbirə Mərkəzin öncədən qeydiyyatdan keçmiş tələbələri, müəllimlər və Mərkəzin Facebook Səhifəsindən dəvət olumuş şəxslərin iştirakı ilə keçirilib.
Tədbir Mərkəzin Direktoru Səmayə Pənahovanın rəmzi qırmızı lenti kəsimi ilə başladı. Sonra qonaqlar ofisə daxil oldu və ofisin foesində rəmzi tort kəsildi. Bundan sonra Səmayə xanım qonaqları salamlayıb istirakları üçün öz təşəkkürünü bildirdi. Tədbir iştirakçılarıda Mərkəz haqqında öz fikirlərini söylədikdən sonra Mərkəz rəhbərliyinə hədiyyələr təqdim olundu. Tədbir iştirakçıları Mərkəzlə yaxından tanış oldular və rəsmi hissə başa çatadıqdan sonra, furşet ziyafət keçirildi. Tədbirin sonunda Mərkəzin balaca qonaqlarına Mərkəz tərəfindən hədiyyələr təqdim olundu. Tədbirdə çəkilmiş foto şəkillər sizlərə təqdim olunur.

Bir daha iştiraka görə bütün qonaqlara təşəkkürlər…..

Office

Picture 1 of 79