Hal-hazırda Xaricdə təhsil xidmətləri göstərən bir çox şirkətlər mövcuddur.
“Bakı Universal Tədris Mərkəzi” olaraq sizlərə xaricdə təhsillə bağlı bir neçə tövsiyyələr etmək istərdik.

 

İlk növbədə Xaricdə təhsil almaq üçün müraciət etdikdə, ölkə seçiminə diqqət yetirin orada yaşayış xərclərin mütləq nəzərdən keçirin və həmin ölkənin dövlət dilini bilməli olduğunuzu unutmayın (bu barədə ətraflı məlumat irəlidə əldə edəcəksiniz). Seçdiyiniz təhsil müəssisəsi barədə ətraflı məlumat əldə etməyə çalışın, ilk ilin təhsil haqqısına aldanıb təhsil müəssisəsi seçmiyin, təcrübə göstərir ki, əksər Təhsil ocaqları tələbə cəlb etmək üçün ilk ilin təhsil haqqının dəfələrlə endirim edib 2-ci ildə  bu məbləği 3-4 dəfə qaldırırlar. Ödənişə nələr daxil olduğunu mütləq araşdırın.

Dil mövzusuna dönək, Xaricdə təhsil üzrə seçim etməzdən öncə nəzərə alın ki, Xaricdə əldə edilmiş diplomunuzun ölkəmizdə tanınması üçün Azərbaycan Respublikası Təhsil Nazirliyində nostrifikasiya (təsdiq) etdirməlisiniz. Bunun üçün təhsil müəssisəsin seçməzdən öncə həmin təhsil müəssisəsinin Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanınıb, tanınmamasını dəqiqləşdirin. (nostrifikasiya.edu.az saytına daxil olaraq qeydiyyatdan keçib təhsil müəssisələrinin siyahısın əldə edə bilərsiniz.). Siyahıda olan təhsil ocağında təhsil alsanız belə, Diplomun tanınması üçün sizdən imtahan götürüləcək, imtahanın təhsil aldığınız dildə aparılacağını nəzərə alın. Təhsil aldığınız ölkənin dövlət dili ilə təhsil aldığınız dil başqa dil olsa, sizinlə görüş keçirib təhsil aldığınız ölkənin dövlət dilində söhbətdə edə bilərlər.

Hər kəsə uğurlar…

“Bakı Universal Tədris Mərkəzi”-nin təklif etdiyi Xaricdə təhsil proqramı ilə burada tanış ola bilərsiniz.