Bildiyimiz kimi bu gün 15 sentyabr bilik günüdür. “BAKI UNİVERSAL TƏDRİS MƏRKƏZİ” olaraq, gənc valideyinlərimizin diqqətini Məktəbəqədər hazırlığın vacibliyinə yönəltmək istərdik. Hər halda hər bir valideyin istər ki, övladı məktəbdə nümunəvi şagird olsun. İlk növbədə nəzrə alın ki, kiçik balalarımız məktəb həyatına başladıqdan öncə, ilk dəfə baxçada ailədən kənar mühitə düşürlər. Məktəbli olmaq isə bildiyimiz kimi tam başqa bir həyat pilləsidir. Bunun üçün övladlarınız məktəbə sözün əsl mənasında tam hazır olmalıdır.14354919_1406882302659957_8612297168199075572_n Hazır olmaq dedikdə tək bilik nəzərdə tutulmur, buraya davranış qaydaları, şagird yoldaşları ilə münasibətlərin qurulması dərs hazırlıqları və ümumiyyətlə cəmiyyətlə qurulacaq münasibətlərə hazır olmalıdır. Sayları hərifləri bilməklə bu sadalanan məsələlər aydındır ki, öz həllin tapa bilməz. İkinci şəkildə görünən balaların böyük ehtimalla yuxarıda sadalanan məsələlərlə bağlı hazırlığı olmamışdır. Bilirsiniz, məktəbə daxil olmaqla uşağın uşaqlığına son qoyulmur. Uşağa imkan verilməlidir ki, o, dərs prosesində şagird, ondan kənarda isə uşaq olsun. Lakin o, məktəbə getməmişdən əvvəl onun məktəbə daxilən hazır olmasına kömək etmək lazımdır. Məktəbəqədər təhsilin, o cümlədən uşaqların məktəbə psixoloji hazırlığının  mahiyyəti bu proseslərdə çox vacib bir məsələdir.

Məktəbəqədər hazırlıqda aşağıdakılara diqqət edilməlidir:

* Uşağın  məktəbə kommunikativ hazırlığı
* Məktəbli mövqeyinin mənimsənilməsi
* Məktəb həyatı haqqında bilik və təsəvvürlərin yaranması
* Təlim fəaliyyətinin çətinliklərinə alışmaq
* Təlim motivasiyasının yaranması və tədricən  möhkəmlənməsi.

“BAKI UNİVERSAL TƏDRİS MƏRKƏZİ” olaraq övladlarınızın Məktəbəqədər hazırlığın keçməklə həyatın yeni pilləsinə hazırlanmasını tövsiyyə və təklif edirik.