İlk öncə görək veb sayt nədir ?

Veb-sayt (ing. website, web – hörümçək toru, site — «yer») – HTTP/HTTPS protokolları vasitəsilə İnternetdə müraciət etmək mümkün olan, vahid mövzulu veb-səhifələrin sistemidir. Veb saytların ümumi yığımı Ümumdünya hörümçək torunu yaradır. Dövlət qurumları, müxtəlif idarə, təşkilat, müəssisə və şirkətlər öz xidmətləri və imkanları haqqında məlumatları yaymaq üçün veb-saytlardan istifadə edirlər. Veb-saytlar konkret məzmuna malik olan informasiya platforması kimi və ya gəlir qazanmaq üçün yaradılır.

Ölü sayt:
1. Fəaliyyət göstərən, ancaq heç bir dəstəyi olmayan veb-sayt.
2. İstifadəçilər arasında qabaqcadan nəzərdə tutulmuş populyarlığı olmayan veb-sayt.

Veb saytların səhifələri ümumi domen ünvan altında birləşmiş olurlar və eyni məntiqi struktura malikdirlər. Veb sayt anlayışı hostinq, server, provayder, domen, şəbəkə və s. anlayışlarla sıx bağlıdır. İnternet texnologiyaları inkişaf etdikcə bir serverdə (kompüterdə) çoxlu sayda domen və veb saytlar yerləşdirmək mümkündür.

Veb sayt tarixi:

Dünyada ilk veb-sayt 6 avqust 1991-ci ildə Tim Barners-Li (Tim Burners-Lee) tərəfindən yaradılmışdır. Həmin saytda o, World Wide Web (WWW) yeni texnologiyası haqqında ümumi anlayış verərək, URL ünvanlaşma sistemi və HTML dili haqqında danışır. Həmin saytda veb-serverlərin və veb brauzerlərin (veb səyyahların) qurulması və işi ilə bağlı da informasiya verilirdi. Həmin sayt dünyada ilk İnternet-kataloqdur. Belə ki, Tim Barners-Li burada digər saytlara keçidlərin siyahısını da göstərdi.

Tim Barners-Li hesab edirdi ki, hipermətnlərdən istifadə etməklə şəbəkələrdə informasiya mübadiləsini çox sürətlə və effektiv aparmaq mümkündür. Bu ideyanı həyata keçirmək üçün o, hələ1980-cı ildə Enquire proqram təminatını yaratdı. 1991-ci ildə CERN-də WWW standartı təsdiq olundu. Tim Barners-Li veb-texnologiyasının – HTTP, URI/URL və HTML atası hesab edilir

Veb saytların hazırlanması mərhələləri:
1-Veb saytların hazırlanmasını 4 mərhələyə bölmək olar, ilk olaraq müştəriyə hazırlanacaq saytın görünüşünü dizayner hazırlayır və təqdim edirik.
2-Tərəfimizdən saytların hazırlanması zamanı əsas meyarlardan biri müştəri fikirləridir. Bunun üçün ilk işimiz müştərilər ilə bir başa təmasda olub onların öz bizneslərini virtual aləmdə necə görmək istəməklərinin bilməkdir. Bundan sonra müştərinin tələblərinə cavab verən satyın hazırlanmasına start veririk.
3- Müştəri tərəfindən OK gəldikdə iş keçir artıq proqramçıların öhdəliyinə.
4- Kodlaşdılmış sayta sistemi yığılır, lazımı bazanı qurulur və veb saytın hazırlanması mərhələsini başa çatdırır.

Sonuncu mərhələ olaraq saytın idarə etmə paneli və s. sifarişçiyə izah edilir və veb-sayt təhvil verilir.

Hazır təhvil verilmiş işlərimizdən: Mərkəzimizin saytı (butm.az), ia-az.net, və fitfoodbysaib.az saytları nümunə kimi baxa bilərsiniz.